Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb

Fevralın 28-də Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb.
Sazişi Azərbaycanın Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov, Avropa Komissiyasının daxili siyasət üzrə baş direktoru Stefano Manservisi və hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Yunanıstanın Avropa İttifaqındakı səfiri Teodoros Sotiropolus imzalayıblar.
Bu Saziş ötən il noyabrın 29-da keçirilmiş Vilnüs Sammiti zamanı imzalanmış Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişlə birlikdə Avropa Parlamenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.