Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər müzakirə edilib

Azərbaycan və Belarus arasında ikitərəfli münasibətlər müzakirə edilib

Sentyabrın 11-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının müdafiə nazirinin silahlanma üzrə müavini, general-mayor İqor Lotenkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.