Siyavuş Novruzov: Belə təşkilatların nə deməsindən asılı olmayaraq, Azərbaycan öz müstəqil siyasətini aparacaq və hər bir dövlətlə bərabərhüquqlu şəkildə əlaqələrini quracaq
“Azərbaycanı müxtəlif qruplara qoşmaq, müxtəlif dövlətlərə qarşı qoymaq istəyirlər. Hesab edirlər ki, Azərbaycan onların diktəsi ilə hərəkət etməlidir. Düşünürlər ki, hər bir müstəqil dövlət onların qoltuğunun altına girməlidir. Həmişə öz qərəzi ilə gündəmə gələn “Freedom House” təşkilatının Azərbaycana qarşı sanksiya çağırışı da buradan qaynaqlanır”.
Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Freedom House”un rəhbəri Devid Kramerin Azərbaycana qarşı sanksiya çağırışına münasibət bildirərkən deyib.