AzərTAc xəbər verir ki, dünən GUAM-ın müşahidə missiyası Azərbaycanda keçirilmiş parlament seçkilərinə dair bəyanat yayıb.
Bəyanatda bildirilir ki, GUAM-ın müşahidə missiyası Azərbaycanda noyabrın 7-də keçirilmiş parlament seçkilərini izləmək üçün dəvət alıb. Missiyanın üzvləri Bakıda 15, 16, 34 və 36 saylı seçki dairələrinin ərazisindəki 27 seçki məntəqəsində müşahidə aparıblar.
Sənəddə vurğulanır ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, o cümlədən ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının hazırladığı qaydalara və prosedurlara uyğun keçirilib. ümumi seçki prosesinə gəldikdə isə GUAM-ın müşahidə missiyasının ciddi iradları yoxdur. Azərbaycanda keçirilmiş parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirmək olar.