Dünən Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla xanım Əliyeva Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Komitəsinin direktoru Zsuzsanna Jakabla görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə kampaniya tərəfindən Azərbaycanda həyata keçirilən layihələr yüksək qiymətləndirilib, İDEA ilə DST arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialın olduğu bildirilib.
İDEA və UNEP-in əməkdaşlığı ilə həyata keçirilən “Yaşıl həftə” layihəsi çərçivəsində baş tutan görüşdə, həmçinin gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.