İordaniyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib

İordaniyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə iordaniyalı səfir etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib.
Nazir səfirə yeni diplomatik fəaliyyətində uğurlar arzu edib.
Nassar İbrahim Məhəmməd Əl-Habaşneh ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.