Nazirlər Kabinetində Azərbaycan-Litva əlaqələri müzakirə olunub

Nazirlər Kabinetində Azərbaycan-Litva əlaqələri müzakirə olunub

Oktyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Litva Respublikasının milli müdafiə naziri Yuozas Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə hər iki tərəf dünya birliyinə inteqrasiya istiqamətində mühüm addımlar atan ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrin genişləndiyini, o cümlədən hərbi sahədə əməkdaşlığa da xüsusi önəm verildiyini qeyd edib. Məmnunluqla bildirilib ki, Müdafiə nazirlikləri arasında imzalanmış sazişlərə uyğun olaraq, azərbaycanlı mütəxəssislər litvalı həmkarları ilə maddi-texniki təminat, təlim kursları, kadr hazırlığı və digər istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsi aparırlar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.