“Mən Bakıya Azərbaycanla Monteneqro arasında daha sıx siyasi və iqtisadi əlaqələr yaratmaq məqsədilə gəlmişəm. İkitərəfli münasibətlərin inkişaf etdirilməsi bizim dövlətimizin maraqlarına uyğundur”.
AzərTAc xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bu sözləri jurnalistlərə verdiyi müsahibəsində söyləyib.
R.Krivokapiç ATƏT Parlament Assambleyasının iyun ayında Bakıda keçiriləcək 23-cü sessiyasının Azərbaycan üçün əhəmiyyətini vurğulayaraq deyib: “Dağlıq Qarabağ məsələsində ATƏT-in mövqeyi dəyişməz qalır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün mümkün olan bütün tədbirlər görülür. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətində ciddi irəliləyişə nail olmağa çalışırıq”.