Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov dekabrın 26-da Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstəsi qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Dağıstan Prezidenti Ramazan Abdulatipov tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirəsini yad edərək, məzarları üzərinə güllər qoyub.