Siyavuş Novruzov: Azərbaycan neçə ildir balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir

Siyavuş Novruzov: Azərbaycan neçə ildir balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir

APA-nın xəbərinə görə, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dünən keçirilən çıxışı zamanı bildirib ki, hakimiyyət Avropanın üstünə getmir, əksinə, Avropa Azərbaycanın üstünə gəlir: “Əgər insan haqlarından danışılırsa, qaçqın və məcburi köçkünlərimiz də insandır. Onların da hüquqlarını müdafiə etmək lazımdır. Bundan sonra hansısa QHT-nin rəhbərləri ilə məşğul olarsınız. Bu il bələdiyyə seçkiləri keçiriləcək. İnsanın seçmək və seçilmək hüququ var. Bir milyon qaçqınımız bu hüququnu itirir”. Daha sonra millət vəkili vurğulayıb ki, Azərbaycan neçə ildir balanslı siyasət aparır və heç kimin qoltuğunun altına girmir: “Biz hər bir ölkə ilə eyni səviyyədə müzakirələr aparırıq. Əməkdaşlıq bərabər şəkildə olmalıdır. Bilirsiniz, məhəbbət ikitərəfli olur. Birtərəfli məhəbbətin fəsadları da çıxır. Yəni əgər yalnız bir tərəfdə məhəbbət olub, qarşı tərəfdə bu məhəbbət olmasa, buna münasibət demirlər”.