Siyavuş Novruzov: “Milli şura” tərəzinin gözündə qalmış boyun ətinə bənzəyir

Siyavuş Novruzov: “Milli şura” tərəzinin gözündə qalmış boyun ətinə bənzəyir

“Milli şura”da rəhbərlik yoxdur. Orada hansı həmsədrlikdən söhbət gedə bilər? “Milli şura” başlı-başına, tərəzinin gözündə qalmış boyun ətinə bənzəyir. Yəni “Milli şura”ya sahib çıxan yoxdur”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Rüstəm İbrahimbəyov “Milli şura”nı yaradandan sonra ümumiyyətlə Azərbaycana gəlməyib, guya uzaqdan oturub sədrlik edir: “Ümumiyyətlə, “Milli şura”nın nə ilə məşğul olması Rüstəm İbrahimbəyovu maraqlandırmır. Arada bir müsahibə, bəyanat verir, pul qazanmaqla məşğul olur. Yerdə qalanlar da dağılıb gedir, ortada qalan 5-6 nəfər var ki, onlar da ildə bir neçə təşkilat dəyişən adamlardır. Buna görə də orada hansı sədrlikdən, həmsədrlikdən söhbət gedə bilər? Ölü bir təşkilatdır”.