Siyavuş Novruzov: NATO PA-nın yaz sessiyasında erməni snayperi tərəfindən qətlə yetirilmiş Fariz Bədəlovla bağlı müzakirələr aparılacaqdır

Siyavuş Novruzov: NATO PA-nın yaz sessiyasında erməni snayperi tərəfindən qətlə yetirilmiş Fariz Bədəlovla bağlı müzakirələr aparılacaqdır
NATO-nun Parlament Assambleyasının yaz sessiyasında cari ilin martın 8-də erməni snayperi tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaq Fariz Bədəlovla bağlı müzakirələr olacaq.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, sessiya çərçivəsində siyasi, təhlükəsizlik və müdafiə komitələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bundan əlavə, Ermənistan tərəfinin beynəlxalq hüququn normalarını və prinsiplərini, eləcə də atəşkəs rejimini davamlı pozduqları barədə da fikir mübadiləsi aparılacaq.