Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov dünən ATƏT - in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankoreli qəbul edib.
Görüşdə 7 noyabr 2010-cu il tarixində ölkəmizdə keçirilən parlament seçkiləri və onun nəticələri, parlamentin gələcək fəaliyyəti və s. məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.