Dünən Yeni Azərbaycan Partiyasının nümayəndələri Ümummilli lider Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin və YAP-ın yaradıcısı, xalqımızın dahi oğlu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.