Azərbaycan səhiyyəsinin yüksək inkişafı bizdə xoş təəssürat yaradır.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Nüvə Təbabəti Assosiasiyasının prezidenti, professor Arturo Çiti jurnalistlərə müsahibəsində deyib.
Avropa Nüvə Təbabəti Assosiasiyasının prezidenti qeyd edib ki, Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə diqqət mərkəzindədir. Milli Onkologiya Mərkəzinin nəzdində yaradılan Nüvə Təbabəti Mərkəzində çalışan mütəxəssislər yüksək praktiki biliklərə sahibdirlər.
Professor Arturo Çiti Nüvə Təbabəti Mərkəzinin yaradılmasında göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.