Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin təcrübi bilik və bacarıqlarının inkişaf edirilməsi məqsədilə təhsil müəssisəsində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Belə ki, universitetin maddi-texniki bazasının müasir standartlara uyğun yenidən qurulması ilə yanaşı, tələbələrin dünyanın inkişaf etmiş ölkələrinin elmi-tədqiqat, təhsil və istehsalat müəssisələrində təcrübəkeçmələri üçün əməkdaşlıq əlaqələri qurulur, birgə layihələr həyata keçirilir. 2005-ci ilin sentyabr ayında fəaliyyətə başlamış, ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən, dünyanın 14 aparıcı şirkətinin rəsmi təmsilçisi olan “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyi ilə ADAU-nun mühəndislik fakültəsinin 5 tələbəsi 2015-ci ilin 7 sentyabr-4 oktyabr tarixlərində Türkiyə (Ankara), Belçika (Zedelgem) və İngiltərədə (Basildon) New Holland texnikaları istehsal edən zavodlarda təcrübə keçəcəklər. Aqromühəndsilik ixtisası üzrə 3-cü kurs tələbələri Asif İsmayılov, Elnur Baloğlamov, NurlanƏhmədov, 2-ci kurs tələbəsi Sultan Eyvazəliyev, “ maşın mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi İbrahim Əsgərov “Grand Motors” MMC tərəfindən keçirilmiş imtahanlarda seçiliblər.
ADAU-nun mətbuat xidməti