Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə İsrailə yola düşüb

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə İsrailə yola düşüb

İsrail Dövləti Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, bu ölkədə tüğyan edən yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin göndərilməsi istiqamətində hazırlıq işləri başa çatdırılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin təyyarə lazımi yanğınsöndürmə avadanlığı ilə birgə noyabrın 25-də günorta saatlarında İsrailə yola düşüb.