“Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad Sukanal İdarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildiriblər ki, kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru vəzifələri daxil ediləcək.
Maraqlananlar şəxsi məlumatlarını müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə aprelin 15-dək “hr@azersu.az” ünvanına göndərə bilərlər.