Bu ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 126,7 milyon manat vəsait ödənilib.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 6,7 milyon manat və ya 5,6 faiz çox vəsait xərclənib.