Bu ilin avqust ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 23 min 852 vətəndaş müraciəti ünvanlanıb və cavablandırılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Onu da qeyd edək ki, bunlardan 20 min 836-sı rəsmi məktub və telefon zəngi, 3 min 16-sı isə sosial şəbəkə hesablarından daxil olan müraciətlərdir.