“Ekologiyanın qorunması və ictimai məsuliyyət” layihəsinin son tədbiri keçirilib

“Ekologiyanın qorunması və ictimai məsuliyyət” layihəsinin son tədbiri keçirilib

Suraxanı rayon Qaraçuxur qəsəbəsi Xarici Dillər Gimnaziyasında Azərbaycan Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi olmuş “Ekologiyanın qorunması və ictimai məsuliyyət” layihəsinin son tədbiri keçirilib. Tədbiri layihə rəhbəri Taleh Əsgərov açıb və layihə haqqında geniş məlumat verib.
Daha sonra isə ekologiyanın qorunması ilə əlaqədar tədbirlər və gənclərin məsuliyyəti barədə müzakirələr aparılıb. Tədbirdə gimnaziyanın Eko klubunun gəncləri fəal iştirak edib və onları maraqlandıran suallar cavablandırılıb.