Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə, yəni, respublikamızın müstəqilliyi dövründə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub. Bu, çox böyük göstəricidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova jurnalistlərə müsahibəsində deyib.
E.Süleymanova bildirib: “Bu gün biz əlamətdar və həyəcanverici bir gün yaşayırıq. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 634 məhkum əfv edilib. Biz bu gün dövlətimizin başçısının imzaladığı əfv Sərəncamının icrasını yüksək səviyyədə həyata keçirdik. Sonuncu əfv Sərəncamı ilə azadlığa buraxılan 634 məhkumdan 72-si ombudsmanın vəsatəti, təklifi ilə əfv olunub. Ümid edirik ki, əfv olunan şəxslər öz səhvlərindən nəticə çıxaracaqlar”.