Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşının azad edilməsi üçün zəruri tədbirlər görülür

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatları məlumatlandırıb və bu istiqamətdə zəruri tədbirlər görülür.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.