FHN: Samur-Abşeron kanalında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir

FHN: Samur-Abşeron kanalında batdığı ehtimal olunan şəxsin axtarışları davam edir

Avqustun 9-da Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisində avtomobilin Samur-Abşeron su kanalına düşməsi nəticəsində batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda vətəndaşın axtarışları batdığı ehtimal olunan istiqamətlər üzrə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən fasiləsiz şəkildə həyata keçirilir.