Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) üzv qurumları “Yerli” kənd gənclərinin inkişaf proqramına qoşulmağa çağırır.
AZƏRTAC xəbər verir ki, müraciətlər www.yerli.nayora.az portalı vasitəsilə qəbul olunur.
Proqramın məqsədi kəndlərdə yaşayan gənclərlə işin təbliğ edilməsi, gənclər təşkilatlarını kənd gəncləri ilə əməkdaşlığa stimullaşdırılması, kənd gənclərinin ictimai fəaliyyətə cəlb olunması, onların bilik və bacarıqlarının üzə çıxarılması, kəndlərdə insan resurslarının inkişafına təkan verilməsidir.
“Yerli” proqramı çərçivəsində üzv təşkilatlar üçün təşkil edilən əməkdaşlıq layihəsi haqqında ətraflı məlumatı www.yerli.nayora.az portalından almaq olar.