Bu gün öz doğma yurdumuza qayıdırıq, çox sevincliyik. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Prezident İlham Əliyevə də minnətdarıq ki, bizi bu gözəl torpaqlarımıza qovuşdurdu.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Kəlbəcər şəhərinə köçən keçmiş məcburi köçkün Səmayə Ağalarova söyləyib.
Sevincinin həddi-hüdudu olmadığını deyən S.Ağalarova bildirib: “Vaxtilə dörd azyaşlı övladımla bu torpaqlardan çıxmışdım. Bu gün isə 65 yaşımda övladlarımla, 9 nəvəmlə birlikdə yenidən doğma yurduma qayıdıram".