Millət vəkili Bilik günündə məktəbliləri təbrik edib

Millət vəkili Bilik günündə məktəbliləri təbrik edib

Respublikamızın hər yerində olduğu kimi Xəzər rayonunun məktəblərində də dünən Bilik Günü qeyd olunub. Belə tədbirlərdən biri Xəzər rayonunun Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 181 saylı tam orta məktəbdə keçirilib. Bayram tədbirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra Hakimiyyəti başçısının I müavini Vaqif Həsənov iştirak ediblər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək məktəb kollektivini, şagirdləri Bilik Günü münasibətilə təbrik edib və onlara növbəti tədris ilində uğurlar arzulayıb.