Oktyabrın 13-də Misir Ərəb Respublikasının Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində olub. Yaradıcılıq Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi qurumun fəaliyyəti, tələbələrin dünya miqyaslı sərgilərdə iştirakı, qalibiyyəti barədə geniş məlumat verib.
Öz növbəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Ə.S.Elaydi Misir və Azərbaycan arasında olan mədəni əlaqələrdən, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığından bəhs edib və iki ölkə arasında mədəni əlaqələrin inkişafına yönələn bir sıra layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, Misirdə keçirilən “Misir dünya uşaqlarının gözü ilə” rəsm müsabiqəsində mərkəzin istedadlı uşaqlarının yüksək nəticə əldə etdiklərini bildirib.
Daha sonra Nizami rayon Uşaq-Gənclər Mərkəzinin direktoru L.Qəti mərkəzdə fəaliyyət göstərən dərnəklərlə və kiçik yaşlı uşaqların əl işlərindən ibarət müxtəlif sərgilərlə Ə.S. Elaydini tanış edib.
Müşfiqə BAYRAMLI