Neftçala rayonunda Qızqayıd Xəlilovanın özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini Qızqayıd Xəlilovanın yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar etməsı faktı ilə bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisənin başvermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.