Ötən ay xüsusi şərtlərlə pensiya alanların sayı açıqlanıb

Ötən ay xüsusi şərtlərlə pensiya alanların sayı açıqlanıb

Bu ilin avqust ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min nəfərdən çox olub.

Bu barədə Yeniazerbaycan.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, onların 109,7 min nəfəri yaşa, 14,6 min nəfəri əlilliyə, 20,7 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alır.