Paytaxtın bəzi avtobus marşrutlarının hərəkət istiqaməti dəyişdiriləcək

Paytaxtın bəzi avtobus marşrutlarının hərəkət istiqaməti dəyişdiriləcək

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 28-dən Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində (Müasir İnnovasiyalar Liseyinin qarşısından 28 May küçəsi ilə kəsişməyədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Yeniazerbaycan.com-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 21, 30, 32, 49 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Puşkin küçəsi ilə təşkil ediləcək.