Xəzər rayonunun bir hissəsində elektrik enerjisi olmayacaq

Xəzər rayonunun bir hissəsində elektrik enerjisi olmayacaq

Xəzər RETSİ-nə (rayon enerji təchizatı və satışı idarəsi) daxil olan Şüvəlan qəsəbəsinin bir sıra hissəsində köhnə naqillərin yenilənməsi işləri ilə əlaqədar oktyabrın 9-da elektrik xətləri sifarişə əsasən açılacaq.

“Azərişıq” ASC-dən Yeniazerbaycan.com-a bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Şüvəlan-Qala yolunun sol kənarında, Çöl Şüvəlan ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.