Sentyabrın 9-da gecə saat 4 radələrində Yasamal rayonu ərazisində yerləşən marketlərin birindən Yasamal Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yeniazerbaycan.com-a bildirilib ki, dərhal həmin ünvana gələn polis əməkdaşları oradan oğurluğa cəhd göstərən T.Ağazadəni saxlayaraq 28-ci Polis Şöbəsinə təhvil veriblər.
Araşdırmalarla onun rayon ərazisində müxtəlif vaxtlarda 3 mağazadan pul və mobil telefon oğurlaması müəyyən edilib.