İki ay ərzində 200-dən artıq media subyekti media reyestrinə müraciət edib.
Bu barədə Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov qurumun ötən ilin yekunlarına dair hesabat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, 160-a yaxın media subyektinin müraciəti artıq təsdiq edilib, 180 nəfərə yaxın jurnalist isə media reyestrində qeydiyyata alınıb.