Aİ enerji nazirləri qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəlib

Aİ enerji nazirləri qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəlib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirləri razılığa gəlib.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının Çexiya sədrliyinin "Twitter" hesabında məlumat verilib.

"Bu, qeyri-mümkün bir missiya deyildi! Nazirlər qarşıdan gələn qış ərəfəsində qaza tələbatın azaldılması ilə bağlı siyasi razılığa gəliblər".

Bildirilir ki Macarıstan istisna olmaqla Aİ ölkələri 2022-ci il avqustun 1-dən 2023-cü il martın 23-dək qaz istehlakını 15% azaltmaq barədə Avropa Komissiyasının təklifini dəstəkləyiblər.