“AirBaltic” Bakıya uçuşları bərpa edəcək

“AirBaltic” Bakıya uçuşları bərpa edəcək

Latviyanın “airBaltic” milli aviaşirkəti 2023-cü il mayın 17-də Bakıya uçuşları bərpa edəcək.

Uçuşlar Latviyanın paytaxtı Riqadan həyata keçiriləcək.

Bir tərəfə biletin qiyməti 120 avro olacaq.

Bundan başqa, aviaşirkət İstanbul, Buxarest, Belqrad və digər şəhərlərə uçuşları bərpa edəcəyini açıqlayıb.