ANAMA: Azad olunan ərazilərdə daha 379 mina aşkarlanıb

ANAMA: Azad olunan ərazilərdə daha 379 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik olan məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, avqustun 15-dən 20-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 239 piyada əleyhinə mina, 140 tank əleyhinə mina və 125 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.