Azərbaycan Almaniya ilə iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Azərbaycan Almaniya ilə iqtisadi əlaqələrin inkişafını müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir məlumat verib.

Onun sözlərinə görə, görüşdə iki ölkə araslnda iqtisadi tərəfdaşlığın mövcud vəziyyəti və inkişafı istiqamətləri, investisiya, enerji, tvinninq layihələri və biznesə dəstək sahəsində əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.