Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 100 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,98 ABŞ dolları, yaxud 1% artaraq 99,35 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 94,35 ABŞ dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.