Azərbaycan neftinin qiyməti 102 dolları keçib

Azərbaycan neftinin qiyməti 102 dolları keçib

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,24 % artaraq 102,15 ABŞ dolları təşkil edib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,01 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.