"Azərbaycan Sənaye Korporasiyası"nın Müşahidə Şurasının üzvü dəyişib

"Azərbaycan Sənaye Korporasiyası"nın Müşahidə Şurasının üzvü dəyişib

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının tərkibin ilə bağlı sərəncamlarında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Şuranın üzvü - Azərbaycan Mərkəzi Bankının keçmiş sədri Elman Rüstəmov yeni sədrlə - Taleh Kazımovla əvəz olunub.