Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallant hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirlərin telefon danışığı zamanı tərəflər baş verən terror hadisələrini kəskin qınayıb, regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, fevralın 1-də Z.Həsənovla Y.Qallantın təşəbbüsü ilə telefon danışığı olub.