Azərbaycan və İtaliya müdafiə nazirləri əməkdaşlıq protokolunu imzalayıb

Azərbaycan və İtaliya müdafiə nazirləri əməkdaşlıq protokolunu imzalayıb

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

Bu barədə nazirlərin yanvarın 12-də keçirilən görüşündə bildirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.