Azərbaycan və Rusiya xarici işlər nazirləri 3+3 formatını müzakirə ediblər

Azərbaycan və Rusiya xarici işlər nazirləri 3+3 formatını müzakirə ediblər

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşəndə 3+3 əməkdaşlıq formatı müzakirə olunub. 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov Cənubi Qafqazda 3+3 əməkdaşlıq formatının bugünkü görüşdə müzakirə olunduğunu, artıq bu formatda bir dəfə görüşün keçirildiyini söyləyib. Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.