Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan və Rusiya XİN-ləri arasında Məsləhətləşmələr Planı imzalanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Məsləhətləşmələr Planını Azərbaycan və Rusiya XİN rəhbərləri imzalayıb.