Bakı metrosunda maşinist sükan arxasında ölüb

Bakı metrosunda maşinist sükan arxasında ölüb

Prokurorluq maşinistin iş başında ölməsi ilə bağlı araşdırmalara başlayıb.

Yanvarın 22-də "Bakı Metropoliteni" QSC-də maşinist işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal metrostansiyası"nın 98-ci piketində təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.