Bakı-Quba yolunda mikroavtobus TIR-la toqquşub, 6 nəfər ölüb - YENİLƏNİB

Bakı-Quba yolunda mikroavtobus TIR-la toqquşub, 6 nəfər ölüb - YENİLƏNİB

Bakı-Quba yolunda mikroavtobusla "TIR"ın toqquşması nəticəsində xəsarət alan şəxsin ölməsi ilə bağlı məlumat təsdiqini tapmayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Dəqiqləşdirildi, xəsarət alan şəxs ölməyib", - nazirlikdən bildirilib.

xxx

Bakı-Quba yolunda baş verən qəzada xəsarət alan TIR sürücüsü də həyatını itirib.

Bu barədə DİN-dən məlumat verilib.

xxx

Bakı-Quba yolunun Sizyəzən rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yolun 98-ci kilometrlitində “Mercedes Vito” markalı avtomobillə TIR toqquşub.

İkin məlumata görə, “Mercedes Vito”nun sürücüsü və avtomobildə olan daha 5 nəfər ölüb.