Cahit Bağçı: "Bu günədək Azərbaycandan Türkiyəyə 100 konteynerə yaxın humanitar yardım göndərilib"

Cahit Bağçı: "Bu günədək Azərbaycandan Türkiyəyə 100 konteynerə yaxın humanitar yardım göndərilib"

"Bu günədək Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycandan Türkiyəyə 100 konteynerə yaxın humanitar yardım göndərilib".

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Türkiyəyə humanitar yardımın yolasalma mərasimində çıxışı zamanı deyib.

O, həmin konteynerlərin müəyyən bir yerdə toplanması üçün işlər həyata keçirdiklərini bildirib: "Ötən gündən etibarən quru yolla konteynerlərin geri qaytarılmasına başlanılıb. Türkiyəyə yardım çatdıran konteynerlər bir yerdə yığılacaq. Bəzilərinin dəmiryolu ilə göndərilməsi üçün də işlər aparılıb".