Cəbrayıl rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsindən 2 il ötür

Cəbrayıl rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsindən 2 il ötür

Bu gün Cəbrayıl rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsindən 2 il ötür.

5 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etdiyini elan edib.

Dövlət başçısı rəsmi tviter səhifəsində bununla bağlı paylaşım edib:

“Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”