Ceyhun Bayramov İspaniyaya rəsmi səfərə gedib

Ceyhun Bayramov İspaniyaya rəsmi səfərə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyanın Madrid şəhərinə rəsmi səfərə yola düşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq naziri və bir sıra digər yüksək səviyyəli rəsmi şəxslərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.